BİZNES

25 İyun

Chevron hazırkı qərargahını satmağı planlaşdırır

ABŞ-ın “Chevron” neft-qaz şirkəti Kaliforniyadakı hazırkı qərargahını satmağı planlaşdırır.

“Wall Street Journal” verdiyi xəbərə görə, şirkət San Ramon şəhərindəki “Chevron Park” kompleksində yerləşən qərargahını tərk edəcəyini, lakin ştatda qalmağa davam edəcəyini bildirib.

“Chevron”un San Ramonda icarəyə götürmək üçün daha kiçik bir yer axtardığı və 2023-cü ilin sonunda qərargahını tərk etməyi planlaşdırdığı bildirilir.

© apa