IMEI.az informasiya sisteminin xidmətləri 27 iyun tarixindən etibarən Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək.
"Fins.az” xəbər verir ki, artıq vətəndaşlar imei.az saytında təqdim edilən bütün xidmətləri (İMEİ kodun yoxlanılması, Mobil cihazların qeydiyyatdan keçirilməsi, Mobil cihazların qeydiyyat tarifləri) Vahid Elektron Xidmətlər portalından əldə edə bilərlər.
Portalda qeydiyyatdan keçmədən hər üç xidmətdən yararlanmaq mümkündür.