Əbu-Dabi İnkişaf Holdinqinin baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşdə neft,qaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq.
"Fins.az" xəbər verir ki, bunu İqtisadiyyat naziz Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
o bildirib ki,Kənd təsərrüfatı sahəsinə sərmayə yatırmaqda maraqlı olan BƏƏ investorlarından ibarət nümayəndə heyətinin yaxın vaxtlarda Azərbaycana səfəri barədə razılığa gəldik.
Əbu-Dabi İnkişaf Holdinqinin (@Adq_Official) baş icraçı direktoru Məhəmməd Həsən Alsuvaidi ilə görüşdə #neftqaz sahəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrinə #investisiya qoyuluşuna dair fikir mübadiləsi apardıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 24, 2022
1/2
Müəllif: Aynur Qəniyeva