Vergi Məcəlləsində KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub.
"Fins.az" xəbər verir ki, bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən KOBİA-nin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda bu modelin tətbiqi üçün normativ-hüquqi bazanın tamamlanması istiqamətində işlər aparılır.
KOBİA İdarə Heyətinin sədri "Ümumiyyətlə, KOB klasterlərinin formalaşması daha intensiv və dayanıqlı iqtisadi inkişafı və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsini stimullaşdıracaq, həmçinin yüksək əlavə dəyər yaratmaqla iqtisadiyyatın mürəkkəbliyini artıracaq. Bu biznes modelləri işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə yenidən inteqrasiyası prosesində geniş tətbiq sahəsinə malikdir",- deyə qeyd edib.
"KOB klaster şirkətləri və KOB klasterinin iştirakçıları üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub"