Pandemiyanın təsirləri, regionda yaşanan münaqişələr ərzaq təhlükəsizliyinə ciddi təsir göstərib.
"Fins.az" xəbər verir ki, bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, tədarük zəncirinin pozulması nəticəsində bəzi malların qiymətlərində artım, inflyasiya problemləri var.
"Bütün bunlar əks tədbiləri tələb edir ki, bu əks tədbirlər dövlət və özəl sektorun həmçinin beynəlxalq maliyyə qurumları ilə əlaqədarin gücləndirilməsini tələb edir. QDTİB-in investisiya portfelinin geniş olmasını nəzərə alaraq, burda çox geniş əməkdaşlıq imkanları yaradılır. Artıq Azərbaycanda fəaliyyət göstərən banklarla QDTİB arasında gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlıq çox böyük önəm daşıyır və artıq",- deyə Elnur Əliyev qeyd edib.