BİZNES

23 İyun

Naxçıvanın iqtisadiyyatı 2%-ə yaxın böyüyüb

Muxtar respublikada 2022-ci ilin yanvar-may aylarında 1 milyard 50 milyon 572 min 500 manatlıq ümumi daxili məhsul istehsal olunub.

"Fins.az " xəbər verir ki,  bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumatagörə, bu göstərici 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,8 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 2267,1 manat olmuşdur.