BİZNES

23 İyun

Mikayıl Cabbarov: “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib

“Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.

Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli istehsalın təşviqi və sahibkarlara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan “Xanni-2017” MMC-yə 2 mln. manat və meyvə-tərəvəz məhsullarının emalı üzrə ixtisaslaşmış “Brightman BMC” MMC-yə 100 min manat güzəştli kredit verilib.

Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən yerli istehsalın təşviqi və #sahibkar-lara dəstək məqsədilə əlcək istehsalı ilə məşğul olan
1/2

— Mikayil Jabbarov (@MikayilJabbarov) June 23, 2022