Bu qərarların icrası nəticəsində biz hesab edirik ki, ən azı Azərbaycan hökumətinin payına düşən o məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlər bir qədər azalma baş verəcək.
"Fins.az" xəbər verir ki, bunu Maliyyə Naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hökumət tərəfindən Azərbaycan Prezidentinin tapşırıqlarıba uyğun olaraq, müəyyən antiinflyasiya tədbirləri hazırlanıb həyata keçirilməkdədir. Onların əksər hissəsi onunla bağlıdır ki, ilk növbədə Azərbaycana idxal olunan ərzaq məhsulları üzrə mövcud olan gömrük rüsum və müəyyən vergilərin aradan qaldırılmasıdır.
Qəbul edilən qərarların qiymətlərə gözlənilən təsirlərini şərh edərək "Yəni bununla əlaqədar müvafiq qərarlar qəbul edilir. Bu qərarların icrası nəticəsində biz hesab edirik ki, ən azı Azərbaycan hökumətinin payına düşən o məhsulların qiymətinin artımını aradan götürməklə, qiymətlər bir qədər azalma baş verəcək,"-deyə Samir Şərifov qeyd edib.
Müəllif:Aynur Qəniyeva