BİZNES

20 İyun

Bakıda sahibkarların "ASAN Xidmət"-i yaradılır -21 dövlət qurumu xidmət göstərəcək

Bakıda yeni fərqli konseptdə KOB evi açılacaq.

Bu barədə "Fins.az"-a açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznesin Dostu Departamentinin müdiri Elnur Əliyev deyib. 

Onun sözlərinə görə burada  respublikada sahibkarlığa yönəlmiş  bütün xidmətlər mərkəziləşdirlilmiş şəkildə həyata keçirliləcək. Bu mərkəzin xidmətindən istifadə edən sahibkarlar ayr-ayrı qurumlara müraciət etmədən bir mərkəzidən ona lazım olan bütün məhsul və xidmətlərdən istifadə edəcək.

Elnur Əliyev indiyə qədər açılan KOB evlərindən yeni açılacaq KOb evinin fərqini izah edərək "İndiyə qədər regionlarda və Bakıda açılmış KOB evlərində sahibkarlar yalnız 9 ədəd dövlət qurumunun xidmətindən istifadə edə bilirdisə yeni açılacaq KOB evində 30-a yaxın dövlət qurumları xidmət göstərəcək,"-deyə fikirlərini tamamlayıb. 

Müəllif: Aynur Qəniyeva