Azərbaycan sahibkarlarının 80%-dən çoxunun dövlətin verdiyi dəstəklərdən xəbəri yoxdur.
"Fins.az" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov Partners and Business sərgi konfransında çıxışında deyib.
O bildirib ki, Azərbaycan sahibkarlar Konfederasiyası sahibkarlar arasında sorğu aparıb.Sorğuda biz xoşa gəlməyən nəticə ilə üzləşdik.Azərbaycan sahibkarlarının 80%-dən çoxu dövlətin verdiyi dəstəklərdən xəbəri yoxdur.
Vüqar Zeynalov həmçinin dövlətin kənd təsərüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək tədbirlərinə toxunaraq "Dövlətin verdiyi təşviqlərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsindədir hətta kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların əksəriyyətinin dövlətin verdiyi dəstək mexanizmləri barədə məlumatlı deyillər.Hazırda Aqrar Kredit və İnkişaf Agentliyinin gözəl dəstək platforması var.Bu dəstək xidmətləri barədə saytlarında ətraflı məlumatlar var.Buna baxmayaq bütün bunlar barədə sahibkarlar məlumatsızdır.,"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva