BİZNES

17 İyun

PMO.az Layihə düşüncə məktəbi – 1 ay ərzində beynəlxalq sertifikat alma imkanı təqdim edir

Layihə menecerlərinin karyera yüksəlişində IPMA ICB4 (Individual Competence Baseline, ICB Version 4.0) beynəlxalq layihənin idarə olunması standartı sertifikatının alınması mühüm pillə hesab olunur.

Bəs IPMA ICB4 sertifikatı nədir?

IPMA – Layihələrin İdarə olunması üzrə Beynəlxalq Assosiasiya (International Project Management Association) 1965-ci ildə İsveçrədə yaradılmış və öz ətrafında layihə idarə olunması peşəkarlarını toplamış assosiasiyadır. IPMA özünün 4 dərəcəli (4LC) sertifikatlaşdırma sxemini qurmuşdur. Bu sertifikatlar dünyanın 80 ölkəsində tanınır və daha çox ölkələrdə standartları keçərlidir.

  • IPMA A dərəcəsi - Sertifikatlaşdırılmış Layihələr Direktoru (Certified Projects Director)
  • IPMA B dərəcəsi - Sertifikatlaşdırılmış Aparıcı Layihə Meneceri (Certified Senior Project Manager)
  • IPMA C dərəcəsi - Sertifikatlaşdırılmış Layihə Meneceri  (Certified Project Manager)
  • IPMA D dərəcəsi - Sertifikatlaşdırılmış Layihə Mütəxəssisi (Certified Project Management Associate)
  • Sorğunu saxlayın sizə geri dönüş edək //pmo.az/ipma/

Kurs kimlər üçün nəzərdə tutulmuşdur?

  • Layihə idarəedilməsi istiqamətində karyera qurmaq istəyənlər. (İş təcrübəsi olmayanlar)
  • Layihə meneceri kimi çalışıb artıq beynəlxalq sertifikat almaq istəyənlər
  • Layihə idarəedilməsi üzrə IPMA sertifikatının dərəcəsini yüksəltmək istəyənlər.

Kursun formatı və üstünlükləri

  • Dərslər yüksək dərəcəli akkreditasiya olunmuş mütəxəssislər tərəfindən keçiləcəkdir
  • Təlimlər, material (200+ səh), imtahan – Azərbaycan dilində! (rus və ingilis dillərində də mövcuddur)
  • Cəmi 1 ay müddətində (8 dərs, 32 akademik saat) beynəlxalq dərəcəli təlimçilər tərəfindən praktiki məşğələlər və mühazirələr.
  • Dünyanın 80-dən çox ölkəsində tanınan BEYNƏLXALQ SERTİFİKAT.
  • İmtahana sənədlərin toplanması və hesabatların hazırlanmasında dəstək.
  • Bu kursu yüksək nəticələrlə bitirmiş şəxslər PMO.az adından imtahana giriş üçün endirim əldə etmə imkanı.

Kurs haqqında video təqdimatla layihə düşüncə kanalımızda tanış ola bilərsiniz //youtu.be/3BYgnuWbnVw

Siz də “Layihələrin idarəedilməsi” sahəsi üzrə irəliləyib, Azərbaycanda tək akkreditasiya olunmuş qurum – PMO vasitəsilə beynəlxalq dərəcəyə yiyələnmək istəyirsinizsə o zaman, qısa zamanda qeydiyyatdan keçməyə tələsin, yerlər məhduddur. //pmo.az/ipma/

Tam açılışı ilə desək, PMO.az komandası tək nəzəriyyə deyil, eləcədə praktiki təcrübəyə əsaslanaraq Azərbaycanda ilk dəfə olaraq Layihələrin idarə ediməsi, eləcədə idarəetmənin əsasları sahəsində ixtisaslaşmışdır.  Xidmət istiqamətləri olaraq geniş və müasir həll yollu konsultasiyalar, sahəyə 0-dan başlayan və eləcə də sahə üzrə bacarıqlarını təkmilləşdirmək istəyən şəxslər üçün nəzərdə tutulmuş təlimlər, eyni zamanda videokurslar aktiv fəaliyyət göstərməkdədir. Hazırda isə bəhsi keçən xidmətlərlə yanaşı, yeni xidmətini – başlıqdan da göründüyü kimi, beynəlxalq səviyyəli imtahana effektiv şəkildə hazırlıq vasitəsilə beynəlxalq sertifikatat -  IPMA ICB4 -ə yiyələnmə imkanını təqdim edir. PMO.az  haqqında daha ətraflı məlumat üçün //pmo.az/  saytına keçid edə bilərsiniz.

Sorğunu saxlayın sizə geri dönüş edək //pmo.az/ipma/