Dövlət satınalmaları haqqında yeni qanun layihəsi hazırlanıb.
Fins.az məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.
O qeyd edib ki, qanun layihəsi son razılaşdırma mərhələsindədir.
“Ümidvarıq ki, bu ilin sonuna qədər qanun layihəsi Milli Məclisə təqdim olunacaq”, - deyə o bildirib.