BİZNES

16 İyun

Tural Məmmədov: "Kibergigiena"adlı 10 min nəfəri əhatə edən pilot layihə təqdim olunacaq

Bütün dövlət qurumları eyni zamanda özəl sektorda tətbiqi nəzərdə tutulan kibertəhlükəsizliklə bağlı "Kibergigiena"adlı 10 min nəfəri əhatə edən pilot layihə təqdim olunacaq.

Bunu "Fins.az"-a eksklüziv açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

O bildirib ki, pilot layihə 5 min nəfər dövlət qurumlarının, 5 min nəfər isə özəl sektorun nümayəndələrini əhatə edəcək.Özəl sektorla bağlı ASAN Xidmətin Elektron Hökümət Publik hüquqi şəxsi məşğul olur,Dövlət qurumları tərəfindən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Xidməti məşğul olur

Tural Məmmədov layihənin tətbiqinin məqsədi barədə məlumat verərək" Dövlət qurumlarında hədəf qrupları üzrə pilot layihə başlamışıq. İlkin olaraq hədəf qrupları kiberhücum simulyasiyaları ətrafında hazırlanmış  test suallarını cavablandıracaqlar. Onların bu sahədə olan bilik səviyyələri ölçülür və çatışmazlıqlar müəyyən olunur.Daha sonra həmin çatışmazlıqlar istiqamətində maarifləndirmə təlimləri keçirilir.

O eyni zamanda layihənon növbəti mərhələsini şərh edərkən "Maarifləndirməndən sonra təkrar test keçiriləcək və fərqə baxılacaq ki,belə metafalogiya nə dərəcədə effektivdir.Pilot layihə effektiv olsa  təcrübə əsasında  daha geniş auditoriyada tətbiq olunacaq,"-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva