BİZNES

14 İyun

Azərbaycanın biznes və investisiya imkanları Londonda təqdim ediləcək

Bu gün Londonda Azərbaycan  Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək.

Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) "Fins.az"a verilən məlumata görə, iclas çərçivəsində "Doing business in Azerbaijan" mövzusunda panel müzakirələri təşkil olunacaq. "Tədbir çərçivəsində AZPROMO tərəfindən Azərbaycanın biznes və investisiya imkanları təqdim ediləcək",- deyə Agentlikdən bildirib.