Azərbaycanın sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının 24 iyun 2022-ci il tarixində Bakıda keçiriləcək 24-cü İllik Toplantısı çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" biznes forumu işə başlayacaq.
"Fins.az" xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMOməlumat yayımlayıb
Məlumata görə,forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.
Müəllif: Aynur Qəniyeva