BİZNES

07 İyun

“Gəncə İş Adamları” İctimai Birliyi Qazaxıstanın bu şirkəti ilə müqavilə imzalayıb- RƏHBƏRDƏN AÇIQLAMA

“Gəncə İş Adamları” İctimai Birliyinin Qazaxıstanın  şirkəti ilə imzaladığı memarandumun məqsədi konkret olaraq idxal yaxud ixrac deyil, dövlətlərarası ticari-iqtisadi əlaqələrin genişləmdirilməsidir.

Bunu "Fins.az"-a açıqlamasında  “Gəncə İş Adamları” İctimai Birliyinin rəhbəri Zəfər Məmmədov deyib. 

O bildirib ki, bu müqaviləni imzalamaqda əsas məqsədlərdən biri də, gələcəkdə iqtisadiyyatın istənilən sahəsində  Qazaxıstanla Azərbaycan arasında ticari əlqələrin inkişafına nail olaraq ölkələrimizin iqtisadiyyatına tövhə verməkdir. Biz Azərbaycanın “Gəncə İş Adamları” İctimai Birliyi orada “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC  olaraq gələcəkdə bütün  birgə əlaqələrin, ikitərəfli layihələrin müzakirəsi müqavilənin əsas şərtlərindən biridir. Eyni zamanda müqavilənin imzalanma məqsədlərindən digəri də Qazaxıstandan Azərbaycana iş adamlarının işgüzar səfərlərinin təşkili o cümlədən Azərbaycandan Qazaxıstana sahibkarların səfərinin təşkilidir. Beləliklə hər iki ölkənin iş adamları arasında sıx əməkdaşlıq əlaqələri quraraq həm Azərbaycanın həm də Qazaxıstanın iqtisadi inkişafındakı rolumuzun artmasına nail olmağı hədəfləmişik.  

Qeyd edək ki, bu gün “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” SC-nin baş direktoru Azamat Askarulı və “Gəncə İş Adamları” İctimai Birliyinin sədri Zəfər Məmmədov əməkdaşlıq haqqında memorandum imzalayıb.

Müəllif: Aynur Qəniyeva