ƏDV yalnız yeni tikililərdən alınan evlərə şamil olunacaq.
"Fins.az" xəbər verir ki, yalnız tam şəkildə, nağdsız qaydada ödənildiyi halda, ödənilmiş ƏDV-nin 30 faizi fiziki şəxslərin bank hesablarına qaytarılır.
ƏDV-nin qaytarılması mənzillərlə yanaşı qeyri-yaşayış sahəsi alanlara da şamil ediləcək. Eyni zamanda ƏDV-nin qaytarılması mənzil və qeyri-yaşayış sahələrinin 500 m²-dən çox olmayan hissəsinə tətbiq edilir.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən bunun üçün yaradılmış portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılacaq.
Müəllif: Aynur Qəniyeva