BİZNES

31 May

Təhsil müəssisələrinin tikintisi, maddi-texniki təchizatına dair tələblərə yenidən baxılmalmasını təklif edirik

Təhsil müəssisələrinin tikintisi, maddi-texniki təchizatına dair tələblərə yenidən baxılmasını təklif edirik

"Fins.az" xəbər verir ki,  bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "Təhsil Biznesiproblem və perspektivlər mövzusunda  ictimai müzakirə zamanı deyib.

O qeyd edib ki, bildiyimiz kimi, özəl uşaq bağçaları üçün müəyyən vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda, bir çox uşaq mərkəzləri faktiki olaraq bağça fəaliyyəti göstərir. Bəzi hallarda bu, özəl məktəbəqədər təhsil müəssisəsi üçün lisenziya alınan zaman Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənən təhsil müəssisələrinin tikintisi, maddi-texniki təchizatına dair tələblərin mürəkkəbliyi kimi də başa düşülə bilər

Orxan Məmmədov təklifi də səsləndirərək "Həm də sahibkarlar bəzi hallarda bu tələblərin mövcud imkanlar baxımından çətinlik yaratdığını qeyd edirlər. Buna görə də aidiyyəti qurumlar tərəfindən bu normativlərə yenidən baxılmasını təklif edirik."-deyə bildirib.

Müəllif:Aynur Qəniyeva