Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin yanvar-aprel aylarında 776 milyon 670 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub.
"Fins.az" Naxçıvan Muxtar Resoublikasının Statistika İdarəsinə istinadən xəbər verir ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,7 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1676,8 manat olub.
Müəllif:Aynur Qəniyeva