BİZNES

17 May

Türkiyə holdinqi “Reebok”un Rusiya bölməsini alıb

“Reebok” idman malları şəbəkəsinin Rusiya bölməsi, xüsusilə “U.S.Polo Assn”, “Lumberjack” və “Reno” markalarını inkişaf etdirən Türkiyənin “FLO Retailing” holdinqinə satılıb.

Xatırladaq ki, mart ayında “Reebok” Rusiyadakı fəaliyyətini dayandırdığını elan etmişdi.

Türkiyəli sahibkarlar şirkətin 100-dən çox satış nöqtəsini əldə ediblər.

Yeni sahibi “Reebok” brendini saxlayaraq mağazaların adını dəyişmək niyyətindədir.

Mənbə: “Kommersant”