BİZNES

16 May

Rahil Quliyev: ISO 9001 standartlarına uyğunlaşmağı qarşımıza məqsəd qoyduq və  hədəfimizə çatdıq

Best Cleaning şirkəti ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartı əldə edib. 
"Fins.az" xəbər verir ki bu barədə Best Cleaning şirkətinin rəhbəri Rahil Quliyev məlumat verib. 
Fikirlərinin davamında bildirib ki, Best Cleaning olaraq Müştərilərimizə daha keyfiyyətli xidmətlərin göstərilməsi və Şirkətimizdə Keyfiyyət Standartlarını yüksək səviyyəyə qaldırmaq üçün İSO 9001:2015 sertifikatını əldə etməyi qarşımıza məqsəd qoyduq və uzun təlimlərdən sonra hədəfimizə çatdıq.
 Rahil Quliyev sertifikatın şirkət üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq "Şirkətimizin komanda olaraq əsas hədəfi Müştəri məmnuniyyətinə yönəlmişdir və hər zaman devizimiz:Keyfiyyətli xidmətimiz Sizin sağlamlığınızdır! ,"-deyə fikirlərini yekunlaşdırıb. 
Qeyd edək ki, ISO 9001:2015 keyfiyyəti idarəetmə sisteminə tələbləri müəyyən edən beynəlxalq standartdır. Bu beynəlxalq standart dünyanın 95 ölkəsinin ekspertlərinin iştirak etdiyi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) 176 saylı Texniki Komitəsi tərəfindən hazırlanıb. ISO 9001 beynəlxalq standartında keyfiyyəti idarəetmə sisteminin əsas tələbləri qismində istehlakçının mənafeyinin qorunması, prosesin səmərəliliyinin təmin edilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, düzgün qərar qəbuletmə mexanizmi, istehsalçı ilə istehlakçı arasındakı müştərək maraqlardan doğan qarşılıqlı əlaqələrin vacibliyi kimi prinsiplər əsas götürülür. ISO 9001 standartının tətbiqi təşkilatın davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir.