BİZNES

16 May

Azərbaycan iqtisadiyyatı 7%-dən çox böyüyüb

2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39554,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% çox ümumi daxili məhsul istehsal olunub.

"Fins.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4% artıb.

Məlumata görə, ÜDM istehsalının 54,8%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,0%-i nəqliyyat və anbar təsərrüfatı, 4,0%-i tikinti, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9 faizini təşkil edib.

Qeyd edək ki,əhalinin hər nəfərinə düşən ÜDM 3938,4 manata bərabər olmuşdur.