“Kaspersky Lab” mütəxəssisləri yenidən “Google Play” tətbiq mağazasında Joker adlı mürəkkəb virusu yayan proqramlar tapıblar.
Mütəxəssislər bildirirlər ki, virus aşkarlandıqdan və silindikdən sonra mağazaya təkrar-təkrar daxil olur.
Əvvəllər hakerlər onu Smart TV-nin pult proqramı kimi gizlədirdilərsə, indi o, PDF skaneri adı altında fəaliyyət göstərir.
Virus Android əməliyyat sistemi ilə işləyən smartfonlara daxil olduqda mətn mesajlarını, əlaqə siyahılarını, cihaz haqqında məlumatları oğurlayır, həmçinin SMS vasitəsilə dələduzluq edə bilir.
Mənbə: ferra.ru