Türkiyənin aprel ayında Almaniyaya aylıq ixracı rekord səviyyəyə - 1 milyard 832 milyon dollara çatıb.
Türkiyənin ötən ay Almaniyaya ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8% artıb. Belə ki, Almaniyaya ixracın ölkənin ümumi ixracında payı 7,8% olub.
Əlavə edək ki, bu dövrdə ixrac ABŞ-a 1.5 milyard dollar, Böyük Britaniya 1.1 milyard dollar dəyərində olub.
© TRT Haber