Türkiyə bu ilin yanvar-aprel aylarında 8 milyon 218 min dollar dəyərində 2464 ton çay ixrac edib.
Bu barədə Türkiyənin Şərqi Qara Dəniz Bölgəsi İxracatçılar Birliyi məlumat yayıb.
Məlumata görə, yanvar-aprel aylarında türk çayı 90 ölkəyə ixrac edilib.
Hesabat dövründə Türkiyədən Belçikaya 1 mln. 730 min dollar, Almaniyaya 1 mln. 278 min dollar, ABŞ-a 1 mln. 37 min dollar dəyərində çay ixrac edilib.