BİZNES

10 May

Aktiv vergiödəyicilərinin sayı 3,1 faiz artıb

2022-ci il may ayının 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,1 faiz artaraq 685 min 446 olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 5 faiz artıb və 36 min 414 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 185 min 874-ə çatıb.