Hüquqi şəxs olan iki müəssisə öz aralarında müştərək investisiya qoyuluşu ilə əlaqədar müqavilə bağlayıb. 18 faiz ƏDV ödəyicisi olan şirkət kənd təsərrüfatı sahəsində buğda istehsalı ilə məşğul olan digər şirkətə investisiya yatırsa, ödənilən vəsait vergiyə cəlb olunurmu və hansı vergiyə cəlb olunur?
Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan müəssisələr müştərək fəaliyyət göstərdikləri üçün investisiya yatırımı hüquqi şəxsdə iştirak payının alınması və ya hüquqi şəxsə vəsaitlərin borc şəklində verilməsi formasında həyata keçirildiyi halda bu əməliyyatlar mənfəət vergisi və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azaddır.
Əsas: Vergi Məcəlləsinin 146-cı və 164-cü maddələri.