Türkiyənin ötən ay kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 artaraq 2 milyard 765 milyon dollara çatıb.
Bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarında deyilir.
Məlumata görə, Türkiyənin aprel ayında ümumi ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 24,6% artaraq 23 milyard 363 milyon dollar olub.
Türkiyənin ümumi ixracatında ötən ay kənd təsərrüfatı məhsulları ixracının payı 11,8% təşkil edib.