BİZNES

05 May

Azərbaycanda daha iki səhmdar cəmiyyətinin səhm paketləri özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunan növbəti hərracda 2 səhmdar cəmiyyətin səhm paketi özəlləşdirilib.

Xidmətdən "Fins.az"a verilən məlumata görə, hərracda səhm paketi özəlləşdirilən səhmdar cəmiyyətləri “Salyan Aqrotexservis” və “Sumqayıt Toxucu” ASC-dir. “Salyan Aqrotexservis” ASC-nin 30%-lik səhm paketi 96,191 manata, “Sumqayıt Toxucu” ASC-nin 30,1%-lik səhm paketi isə 49,663 manata satılıb.
Bununla yanaşı hərracda 19 nəqliyyat vasitəsi də özəlləşdirilib.

Hərracda satılmış dövlət əmlakları üzrə 213 624 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə Xidmətin rəsmi saytından tanış olmaq olar.

Qeyd edək ki, növbəti hərrac 10 may tarixində keçiriləcək.