Bu ilin yanvar-mart aylarında Azexport.az portalına 132,6 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Fins.az"-a verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1% artıb.
Martda Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 48,7 mln. dollar təşkil edib ki, bu da fevral ayının göstəricisindən 25,8% çoxdur. 2022-ci ilin mart ayında Azexport.az portalına edilən ixrac sifarişlərinin tərkibində toyuq tibbi tənzif, zəli, tikinti materialları, tütün, buğda unu, qarğıdalı yağı, günəbaxan yağı, kartof, çiyələk və s. məhsullar üstünlük təşkil edib.