BİZNES

29 Aprel

İstehlakçılara 213,9 mln. manatdan çox ƏDV geri qaytarılıb

Bu günədək alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.

Dövlət Vergi Xidmətindən “Fins.az"-a verilən məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçən istehlakçılara ümumilikdə 536 252 529 kassa çeki üzrə 213,9 mln. manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107 998 512 çek üzrə 42 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Qeyd edək ki, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67 101 388 kassa çeki üzrə 26,7 mln. manatdan çox ƏDV məbləği qaytarılıb.
Hazırda ölkə üzrə tətbiq edilən onayn kassaların sayı 58 095-dir.