BİZNES

29 Aprel

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 45% ARTIB

2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib.

"Fins.az" xəbər verir ki, bu barədə “İxrac icmalı”nın aprel sayında məlumat verilib. 

 Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 mln. ABŞ dolları və ya 45% artıb.