2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) 26,959 mln. manat gəlir əldə edib.
"Fins.az"xəbər verir ki, bu barədə Nazirliyin maliyyə hesabatında məlumat verilir.
Bu göstərici 2020-ci ilin göstəricisi ilə müqayisədə 58,9% və ya 38,639 mln. manat azalıb.
Məlumata görə gəlirin 9,866 mln. manatı birja əməliyyatlarından, 16,895 mln. manatı qeyri-birja əməliyyatlarından əldə olunub