BİZNES

28 Aprel

Bakı KOB evində Startup-lar üçün MDB məkanında ilk dəfə mərkəz yaradılacaq

Bakı KOB evində Startup-lar üçün MDB məkanında ilk “Equipment sharing” modeli əsasında fəaliyyət göstərəcək Mərkəzin yaradılması nəzərdə tutulur.

"Fins.az"xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin rəhbəri Orxan Məmmədov deyib. 

O bildirib ki, burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri  startapların ortaq istifadəsinə veriləcək. Bundan əlavə yaradılması nəzərdə tutulan Model müəssisə startup-ların mikro istehsal tirajlarını yerləşdirməyə və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirərək öz müəssisələrində tətbiqinə şərait yaradacaq.

Orxan Məmmədov fikirlərinin davamında "KOB-lara rəqəmsal həllərin daha da əlçatan edilməsi məqsədilə bulud texnologiyalar əsasında bu cür həllər onların ortaq istifadəsinə təqdim ediləcək,"-deyə qeyd edib. 

Müəllif: Aynur Qəniyeva