Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.
"Caspian Event Organisers" şirkətindən "Fins.az"a verilən məlumata görə, bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq.
Sərgi bölmələri arasında - kənd təsərrüfati texnikasi, kənd təsərrüfati landşafti, kənd təsərrüfatinda innovasiya texnologiyalari, heyvandarliq və quşçuluq, yemlər, baytarliq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, pambiq emali, tekstil və s. yer alır.
Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarusiya Respublikası, Gürcüstan, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya Federasiyası, Türkiyə kimi ölkələrdən olan şirkətlər bu il “Caspian Agro” sərgisində iştirak edəcək.
Bu il “Caspian Agro” sərgisi Ağıllı Kənd, Süni İntellekt, İT xidmətləri, Pilotsuz uçuş aparatları (Dronlar) kimi bölmələri əhatə edən “Smart Agro” istiqamətini təqdim edir. Sərginin işgüzar proqramı sadalanan mövzulara uyğun olacaq. Belə ki, mayın 18-də sərgi çərçivəsində “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək.
“Caspian Agro” sərgisi ilə eyni vaxtda Xəzər regionunun qida sənayesi şirkətlərinin əsas görüş yeri olan “InterFood Azerbaijan” sərgisi keçiriləcək. Bu il sərgidə Azərbaycan, Hindistan, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka şirkətləri iştirak edəcək.