BİZNES

27 Aprel

Xarici İşlər Naziri: 2022-ci ildə Bakı və Tbilisi ticarət dövriyyəsini 1 milyar dolara çatdırmaq niyyətindədir

Bakı və Tbilisi ikitərəfli əməkdaşlığın genişlənməsinə yönəlmiş 19 sənədi imzalanması üçün hazırlayır.

"Fins.az" xəbər verir ki,bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib.

Bayramov bu gün Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə Bakıda keçirilən danışıqların yekunlarına dair brifinqdə bildirib ki, 2019-cu ildən etibarən iki ölkənin XİN başçıları arasında 21 rəsmi görüş baş tutub. Hazırda Bakı ilə Tbilisi arasında imzalanması üçün 19 sənəd hazırlanır.

Bayramov qeyd edib ki, “Gürcüstan regional əməkdaşlıq məsələsində mühüm rol oynayır” və Darçiaşvilinin səfərinin regional və ikitərəfli münasibətlərin inkişafı məsələsində müsbət nəticə verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir vurğulayıb ki, “Bakı Gürcüstanın ərazi ütövülüyün dəstəkləyir və Gürcüstan tərəfindən də analoji dəstək müşahidə edir”.

İkitərəfli iqtisadi fəaliyyətə toxunaraq Bayramov vurğulayıb ki, 2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 800 milyon dollar, 2022-ci ilin birinci rübündə - $260 milyon təşkil edib. “Cari il tərəflər ticarət dövriyyəsinin həcmini 1 milyarda qədər artırmaq niyyətindədirlər”, - Azərbaycan XİN başçısı əlavə edib.