BİZNES

27 Aprel

Rahil Quliyev: Bizim ən ümdə məqsədimiz, müştərilərimizə keyfiyyətli və kompleks xidmətlər göstərməkdir

"Best Cleaning" şirkətinin təsisçisi Rahil Quliyevin "Fins.az"a müsahibəsini təqdim edirik

Best Cleaning  şirkətinin əsas fəaliyyət istiqamətləri hansılardır?

Best Cleaning Şirkəti hazırda təmizliyin bütün sahələri üzrə peşəkar xidmətlər göstərməkdədir. Şirkətimiz əsas fəaliyyət istiqamətini gündəlik təmizlik, baxım, təminat, dezinfeksiya və keytrinq xidmətləri üzrə  yönləndirmişdir.

Azərbaycanda təmizlik sektorunda qüvvələr nisbəti necə bölünüb lider şirkətlər bazarda monopoliya meyillərinin inkişafında maraqlıdır?

Digər ölkələrdə olduğu kimi monopoliya problemi ölkəmizdə də yaşanmaqdadır. Hazırda sözügedən problemlər Cənab Prezidentimizin sahibkarlıq mühitinə xüsusi diqqət və qayğısı nəticəsində demək olar ki öz həllini tapmışdır. Qeyd etdiyim diqqət və qayğının nümunəsi olaraq dövlət satınalmalarının keçirdiyi bütün  tenderlər elektron portal sisteminə keçirilmiş və bu da sahibkarlar arasında şəffaf rəqabəti daha da artıraraq biznes mühitinə yeni nəfəs vermişdir.  

Rəhbərlik etdiyiniz şirkətin bazar mövqeyini necə dəyərləndirirsiniz?

Best Cleaning Şirkətinin beş yaşı olmasına baxmayaraq, təmizlik sektorunda özünəməxsus brend imic formalaşdırmışdır. Bu uğurun əsas özəyi komandamızın illərə dayanan peşəkar təcrübəsinin olması və bu təcrübədən yararlanaraq müştərilərimizə faydalı ola bilməyimizdir.

Best Cleaning tərəfdaşlarını müəyyənləşdirərkən hansı prinsiplərə üstünlük  verir?

Müştərilərimizdən gələn bütün tələblər mütəxəssislərimiz tərəfindən dəyərləndirilir və  xidmətlərimizə ehtiyacına uyğun olaraq qiymət təklifi hazırlanır.  Müştəri seçiminə gəldikdə isə,  xidmətlərimizə ehtiyacı olan və ən əsası əziyyətimizi qiymətləndirən hər kəs bizim dəyərli Müştərimiz ola bilər.

Şirkətin istifadə etdiyi təmizlik vasitələrini seçərkən  vasitələrin ekoloji təmiz və zərərəsiz olmasına önəm verilir yoxsa təmizləmə qabiliyyəti daha önəmlidir?

Şirkətimiz hazırda bir çox aparıcı tədarükçü şirkətlərlə əməkdaşlıq etməkdədir. Hər məkana va materiala görə fərqli kimyavilər və vasitələr seçilir, Müştərilərimizə verilə biləcək ən kiçik zərərlərin olmaması üçün mütəxəssislərimiz tərəfindən daha öncədən əsaslı tədbirlər görülür.  Bundan əlavə gündəlik təmizlik və baxım üzrə xidmət göstərdiyimiz Müştərilərimizə individual olaraq üçüncü tərəfin məsuliyyət sığortasını təqdim edirik.

Best Cleaning hazırda hansı şirkətlərlə əməkdaşlıq edir?

Şirkətimiz ölkəmizdə ən aparıcı və dayanıqlı bir çox şirkətlərlə əməkdaşlıq etməkdədir. İstər gündəlik təmizlik, istər əsaslı təmizlik, istər fasad təmizliyi və s. xidmətləri ilə şirkətimiz Müştərilərinə keyfiyyətli xidmətlər verməkdədir. Müştərilərimizdən nümunə olaraq bəzilərini bildirmək istərdik: Veysəloğlu Şirkətlər Qrupu, Avrora Qrup, Binəqədi OYL, Accessbank, Unibank, Baku Electronics və s.

Etimad göstərən və Şirkətimizin xidmətlərini seçən bütün müəssisə və təşkilatlara fürsətdən istifadə edib dərin təşəkkürümü bildirirəm!

Təmizlik sektoru Azərbaycan üçün yeni və spesifik olmayan sektordur, yeni fəaliyyətə başladığınız dönəmdə əsas hansı çətinliklər oldu və bu çətinliklər sizin bu sahəyə investisiya yatırımını davam etdirməyinizdə tərəddüd yaratmadı?

Təmizlik sektorunda 15 ilə yaxın təcrübəmin olması Best Cleaning Şirkətini təsis etdiyim zaman mənə hər hansı bir tərəddüd yaşatmadı. İllər öncə bu sahəyə ilk başladığımda təmizlik şirkətinin nümayəndəsi olaraq xidmətlərimizi təklif etdiyimdə qarşı tərəfdən fərqli təəccüb və komik reaksiyalar alırdım.

2018-ci ildə öz Şirkətimi təsis etdiyimdə artıq Cəmiyyətimiz təmizlik şirkətləri ilə çox sıx əlaqədə idi və ehtiyaclarından asılı olaraq sifarişlər verirdilər. Bu səbəbdən hər hansı bir çətinlik və tərəddüd yaşamadım.

Best Cleaning  perspektivdə fəaliyyət istiqamətlərini genişləndirməyi planlaşdırır?

Best Cleaning Qrupumuza  2022-ci ildən keytrinq fəaliyyəti ilə məşğul olacaq yeni bir ŞirkətimizBest Catering daxil oldu. Bununla da xidmət göstərdiyimiz bütün korporativ Müştərilərimizə gündəlik təmizlik, texniki xidmətlər, dezinfeksiya, kafeteriya xidmətləri ilə yanaşı keytring xidmətlərini də göstərmiş olacağıq.

Bizim ən ümdə məqsədimiz, Müştərilərimizə keyfiyyətli və kompleks xidmətlər göstərməkdir və bu istiqamətdə komandamla bərabər bütün gücümüzü səfərbər etməkdəyik!