Bu il Azərbaycan və Rusiya Federasiyası arasında ticarət dövriyyəsində əhəmiyyətli dinamika gözlənilir.
Bunu "Roseximbank"ın İdarə Heyətinin sədri Azər Talıbov deyib.
Onun sözlərinə görə, artımın təxminən 1,5 dəfə olacağı istisna edilmir.
"Biz inanırıq ki, bu il ticarətin həcmi əhəmiyyətli olacaq və 1,5 dəfə artacaq. Rusiya bazarı Azərbaycan malları üçün açıqdır, həmçinin Azərbaycan bazarı Rusiya malları üçün. Ənənəvi olaraq ticarət dövriyyəmiz 3 mlrd. ABŞ dollarına yaxınlaşıb. Düşünürəm ki, bu həddi aşacağıq”, - deyə Azər Talıbov əlavə edib.
(c)APA