BİZNES

25 Aprel

"80 -nə yaxın sahibkarlıq subyektinə məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaratmışıq"

80 -nə yaxın mikro və kiçik sahibkarlıq subyektinin toplayaq onlara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaratmışıq

"Fins.az"xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov "KOB Festivalın açılış mərasimində deyib.

O bildirib ki, 15 aprel sahibkarlar gününə həsr olunmuş KOB sərgi satış yarmarkası-KOB Festivalı keçirilir.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əsas vəzifələrindən biri də sahibkarların məhsullarının bazarlara çıxışını təşviq etmək və bu sahədə onlara dəstək olmaqdır. Bu gün baş tutan festifalda biz 80 -nə yaxın mikro və kiçik sahibkarlıq subyektinin toplayaq onlara öz məhsullarını geniş auditoriyaya təqdim etmək imkanı yaratmışıq.Buraya gələn turistlər yerli əhali,qonaqlar üçün KOB Festifal iştirakçılarının məhsulları ilə tanış olmaq imkanı yaradılıb.KOB Festivalı silsilə olaraq regionlarda da təşkil olunacaq.