BİZNES

25 Aprel

Fasad reklamları standartlarının hazırlanması üçün iclas keçirilib

Fasad reklamları standartlarının hazırlanması ilə bağlı memar və dizaynerlər, o cümlədən reklamçılardan ibarət birgə komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, iclasda Bakı şəhər İcra Hakimiyyəti, ADRA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Dövlət xidmətinin əməkdaşları iştirak edib.