Azərbaycan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının uzun müddət üzərində işlədiyi 2022-2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə strategiya artıq hazırdır və yaxın zamanda onun qəbulu gözlənilir.
"Fins.az" xəbər verir ki bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu strategiya çərçivəsində informasiya cəmiyyətinin təmsilçiləri ilə birlikdə Azərbaycan regionun və dünyanın aparıcı dövlətlərin birinə çevriləcək.
"Azərbaycan 2022-2027-ci illər üzrə kibertəhlükəsizlik sahəsində bizim həmkarlarla işlədiyimiz bir strategiya vər və mən ümüd edirəm ki, yaxın zamanlarda bu strategiya qəbul olunmaqla bizim bu sahədə aparılan işlərə təkan vermiş olacaq",- deyə nazir qeyd edib.