31 dekabr 2021-ci il tarixində “PAŞA Holding” MMC-nin cəmi aktivləri 15,5 milyard manat təşkil edib.
"Fins.az" xəbər verir ki, müqayisə üçün qeyd edək ki, 2020-ci ilin sonunda holdinqin cəmi aktivləri 13,2 milyard manata çatmışdı.
Məlumata göə, 31 dekabr 2020-ci il tarixində “PAŞA Holding”in cəmi kapitalı 2,6 milyard manat ikən, 31 dekabr 2021-ci il tarixində 2,25 milyard manat təşkil edib.
Ötən ili “PAŞA Holding”in ümumi gəlirləri 1,7 milyard manat təşkil edib. 2020-ci ildə Holdinq 1,6 milyard manat cəmi gəlir əldə etmişdi.
31 dekabr 2021-ci il tarixində PAŞA Holdinqin Azərbaycanın bank sektorunda aktivlər üzrə ötən ilə nisbətən 1.11% artaraq bazar payı 34.11% təşkil edib.
31 dekabr 2021-ci il tarixində qrup üzrə işcilərin sayı 16 min 560 nəfəri keçib. 2020-ci ilin sonunda qrupun işçilərinin sayı 9500 nəfəri keçmişdi.