BİZNES

21 Aprel

Naxçıvan iqtisadiyyatı 1.5% böyüyüb

Cari ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 570 milyon 384 min 400 manat olub ki, bu da bir il öncəki göstəricidən 1,5% çoxdur.

"Fins.az" xəbər verir bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 1231,4 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 53,8 faiz təşkil etmişdir.