“Army Group” şirkətində rəhbər vəzifəyə təyinat həyata keçirilib.
"Fins.az"xəbər verir ki,Kamal Mirzəyev artıq “Army Group”un direktor müavini vəzifəsinə təyin olunub.
Məlumata görə, pərakəndə biznes sahəsində 10 ildən çox təcrübəsi olan Kamal Mirzəyev bir neçə ay əvvəl OBA marketlər şəbəkəsindən “Army Group”a keçərək burada Biznesin İnkişafı departamentinin diektoru kimi çalışmağa başalayıb. Daha əvvəl isə “Araz” Supermarketlər şəbəkəsində, “Azersun” Holdinqdə marketinq, satış, əməliyyatlar, strateji planlama şöbələrində işləyib. İqtisad Universitetində (UNEC) bakalavr və MBA təhsili alan Kamal Mirzəyev həmçinin Niderland Marketinq Akademiyasının NIMA-A kursunun məzunudur.
Qeyd edək ki, “Army” markası adı altında 5 supermarket və 1 express market Bakı və Sumqayıt sakinlərinə xidmət edir. Bundan əlavə şirkətin daxilində 10 qeyri-qida məhsulları təklif edən mağazalar fəaliyyət göstərir.