BİZNES

18 Aprel

Azərbaycanın bu ölkələrlə ixrac-idxal dövriyyəsi 60%-dən çox artıb

2022-ci ilin 1-ci rübü ərzində Azərbaycanın MDB ölkələri ilə idxal-ixrac dövdiyyəsi 575 milyon 361.61min  dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 216 milyon 820.23 min dollar və ya 60.4% artıb.

"Fins.az"xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin rüblük hesabatında məlumat verilib.

Hesabat dövründə MDB ölkələrinə ixrac ümumi ixraca nisbətdə 7.21% təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 1.45% azdır.

Məlumata görə Azərbaycan MDB ölkələrindən ən çox Belarusa 65 milyon 595.33 min manatlıq ixrac həyata keçirib.Ölkənin Belarusa ixracı ümumi ixracın 0.82%-ini təşkil edib.