BİZNES

18 Aprel

Azərbaycanın iri şirkətlər qrupundan 25 milyon manat investisiya

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistika” MMC-yə məxsus 11,000 m² ərazini əhatə edən sahəyə malik yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur.

"Fins.az"xəbər verir ki, Məhəmmədi ərazisində yerləşəcək müasir logistika mərkəzindən həftənin 7 günü boyunca 5000 mağazaya xidmət göstəriləcək. "AVT Logistika” MMC-nin İdarə Heyətinin sədri Co Daybelin (Joe Dybell) sözlərinə görə, artıq polad tökülüb və növbəti həftələrdə daha əsaslı işlərin görülməsi nəzərdə tutulur.

Co Daybel (Joe Dybell) fikirlərinin davamında anbarın yaradılmasının əhəmiyyətinə toxunaraq “Biz soyuq şəraitdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün çalışırıq. Vahid distribusiya mərkəzimiz vasitəsilə həm yerli, həm də beynəlxalq təchizatçılarla əməkdaşlıq edəcəyik. Biznesin həcmi müştərilərimiz üçün daha uyğun qiymətlərin əldə olunması ilə bağlı danışıqlar aparmağa imkan yaradacaq və beləliklə, dükanlara ən uyğun qiymətə daşınmalar həyata keçirə biləcəyik”,-deyə qeyd edib. 

Bununa yanaşı məhsulların mükəmməl şəraitdə çatdırılmasına və yollarda kilometri azaltmağa xidmət edəcək 35 ədəd ikili temperaturu olan yük avtomobillərinin alınması üçün də investisiya yatırımı edilib. Bu nəqliyyat vasitələrinin arxa qismi 2 hissəyə ayrılır və müvafiq avadanlıqlarla təchiz olunaraq lazımi temperaturu saxlaya bilir.

Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində dondurulmuş, təzə ət və süd məhsullarını, həmçinin meyvə və tərəvəzi ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq.

Bildirilir ki, yeni mərkəzin açılışı ilə daha 600 nəfər üçün iş imkanı yaradılacaq.