BİZNES

14 Aprel

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnoza 128,6% əməl olunub

Dövlət büdcəsinə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 249,4 milyon manat olub.

"Fins.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb. 

Məlumat görə, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 milyon manat artıb.