BİZNES

14 Aprel

Azərbaycan iqtisadiyyatında 6.8%-lik artım

2022-ci ilin yanvar-mart aylarında ölkədə 30037,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8% çox ümumi daxili məhsul istehsal olunub.

"Fins.az"xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,3% artıb.

 Bildirilir ki, ÜDM istehsalının 54,1 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi tikinti, 2,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2990,9 manata bərabər olub