İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə görüşüb.
"Fins.az"xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tvitter hesabında yazıb.
O bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının iqtisadiyyat və planlaşdırma naziri Faisal Al-İbrahim ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin təşviqi, ticarət əlaqələrimizin davamlı inkişafı və investisiya sahəsində yeni əməkdaşlıq imkanları barədə səmərəli müzakirələrimiz oldu.