Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 125,6 mln. manat xərclənib.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin birinci rübünün göstəricisi ilə müqayisədə 92% və ya 60,2 mln. manat çoxdur.
Bu ilin mart satışlarının dəyəri isə fevral göstəricisi səviyyəsində qalaraq 45,2 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk üç ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,1%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,4 faiz bəndi çoxdur.